İsrail ordusu “Madleen” humanitar yardım gəmisinə hücum edib

Tarix: 19:54 09.06.2025
İşğalçı İsrail ordusu, İtaliyadan Qəzzaya humanitar yardım aparan “Madleen” gəmisinə hücum edib. Gəmidə 12 hüquq müdafiəçisi və könüllü olduğu bildirilir.
Azadlıq Donanması Koalisiyasının verdiyi açıqlamaya görə, gəmi ilə əlaqə tamamilə kəsilib və İsrail ordusunun gəmiyə müdaxilə etdiyi təsdiqlənib. Bildirilir ki, “Madleen” gəmisindəki könüllülər İsrail qüvvələri tərəfindən zorla saxlanılaraq qaçırılıb.
İsrail tərəfi hadisəyə dair açıqlamasında, gəmidəki fəalların ölkələrinə geri göndəriləcəyini bildirib.
Qeyd edək ki, “Madleen” gəmisi Qəzzaya humanitar yardım çatdırmaq məqsədilə yola çıxıb və sülhsevər məqsəd daşıyıb. Bu hadisə beynəlxalq ictimaiyyətin ciddi narahatlığına səbəb olub.
TRT haber
Mahmudlu Ləman