"Chelsea" Mamadou Sarrnı transfer edib

Bölmə: İdman › ,
Tarix: 20:01 09.06.2025

İngiltərə "Premier League" komandası "Chelsea", Fransanın "Strasbourg" klubundan Seneqal mənşəli fransız futbolçu Mamadou Sarrnı heyətinə cəlb edib.

 

"Chelsea" Klubu, 19 yaşlı müdafiəçi ilə 2033-cü ilə qədər müqavilə imzalandığını elan edib.

İngiltərə mediasında yayılan məlumata görə, transfer bonuslarla birlikdə təxminən 15 milyon avro qarşılığında baş tutub.

Karyerasına "Olympique Lyon"da başlayan Sarr, ötən mövsümün əvvəlində "Strasbourg"a transfer olunub.

Fransa milli komandasının aşağı yaş qruplarında çıxış edən gənc futbolçu, geridə qalan mövsümdə "Strasbourg" formasında 28 oyunda meydana çıxıb.

 

Mənbə: TRT Haber

Nigar Həsənzadə