Qazaxıstan-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 17:10 09.06.2025

İyunun 10-da Qazaxıstan və Ermənistan hökumətləri arasında iqtisadi əməkdaşlıq komissiyasının 11-ci iclası keçiriləcək.


"İnformator.az"ın məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov brifinqdə bildirib.

 

Onun sözlərinə görə, iclas videokonfrans formatında keçiriləcək.


Qazaxıstan tərəfdən komissiyanın həmsədri baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarindir. Ermənistan nümayəndə heyətinə isə baş nazirin müavini Mher Qriqoryan rəhbərlik edəcək. "İclas zamanı ticari-iqtisadi əməkdaşlıq, sənaye, geologiya və yerin təkindən istifadə, informasiya-kommunikasiya və yüksək texnologiyalar, həmçinin kosmik fəaliyyət sahələrində qarşılıqlı fəaliyyətlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır", - A.Smadiyarov qeyd edib.


Onun sözlərinə görə, gündəliyə nəqliyyat, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, səhiyyə, kiçik və orta biznesə dəstək, regionlararası əlaqələrin və mədəni-humanitar əməkdaşlığın inkişafı ilə bağlı mövzular da daxil edilib.