CHP-də xaosa səbəb olan səs yazısı

Bölmə: Dünya › ,
Tarix: 17:11 09.06.2025

CHP-də mübahisəli qurultay prosesi ilə bağlı açılan işə iyunun 30-da baxılacaq. Özgür Özəl, Əkrəm İmamoğlu və Kamal Kılıçdaroğlu arasındakı fikir ayrılığı ilə partiyadaxili gərginlik daha da artıb. Bu yaxınlarda ortaya çıxan səs yazısı prosesi yenidən alovlandırıb.

 

 Xaricdə qaçan FETÖ üzvü Erk Acarerin sosial şəbəkədə paylaşdığı səs yazısında qurultay gecəsi İmamoğlu ilə Kılıçdaroğlu arasında telefon danışığı yer alıb. 

İmamoğlunun söhbət zamanı Kılıçdaroğlu ilə ikinci raundda iştirakı ilə bağlı danışması diqqət çəkir. Sosial mediada İmamoğlu və Özgür Özəl tərəfindən bu sızıntının qəsdən yayıldığı iddia edilsə də, bəzi hesablarda CHP-nin bu mövzuda FETÖ üzvləri ilə məsləhətləşdiyi vurğulanıb.

 

 

CHP-dəki mübahisəli qurultay prosesi ilə bağlı işə iyunun 30-da baxılacaq. Özgür Özəl, Əkrəm İmamoğlu və Kamal Kılıçdaroğlu arasında sosial mediada bir-birinin ünvanına verilən sərt açıqlamalarla gərginlik artarkən, yeni səs yazısı artıq müzakirələrin dozasını artırıb.

 

 

 

A Haber

Əminə Əliyeva