Kanada NATO-nun müdafiə xərclərini vaxtından əvvəl ödəməlidir

Bölmə: Dünya › ,
Tarix: 22:18 09.06.2025

Kanadanın baş naziri Mark Karni NATO-nun “ABŞ-dən hərbi asılılığı azaltmaq” və qlobal qeyri-sabitliyi artırmaq məqsədi ilə gələn ilin əvvəlində 2 faizlik müdafiə xərcləri hədəfinə çatacağını açıqlayıb.

 

Karni Torontodakı çıxışında müttəfiq ölkələrin Ümumi Daxili Məhsulunun (ÜDM) 2 faizini hərbi xərclərə ayırmağı gözlədikləri hədəfə çatmaq üçün NATO-nun müdafiə büdcəsinə milyardlarla dollar sərmayə qoyacağını bildirib.

 

Kanadanın hərbi baxımdan "ABŞ-dən çox asılı olduğunu" vurğulayan Karni, "Artıq müdafiə kapitalı xərclərimizin dörddə üçünü ABŞ-yə göndərməməliyik",- dedi. 

 

Karni, gələn ilin əvvəlində 2 faizlik müdafiə xərcləri hədəfinə çatacaqlarını və hədəfə vaxtından 5 il əvvəl çatacaqlarını bildirib.

 

Kanada ordusunun infrastruktur və texnikasının köhnəldiyini və bunun da hərbi hazırlıq qabiliyyətini aşağı saldığını bildirən Karni, müdafiə sahəsində etdikləri investisiyaları və satınalmaları diversifikasiya edəcəklərini qeyd edib.

 

Carney investisiyaların yeni sualtı qayıqlar, təyyarələr, gəmilər, zirehli texnikalar, artilleriya sistemləri, radar, pilotsuz uçuş aparatları (PUA) və Arktika müşahidə sistemlərinə qoyulacağını vurğulayıb.

 

Karni həmçinin qeyd edib ki, müdafiə xərclərinin artırılması onun ölkəsinə “davam edən qlobal təhdidlərin səbəb olduğu artan qeyri-sabitliyə” uyğunlaşmağa kömək edəcək.

 

NATO məlumatlarına görə, Kanada 2024-cü ildə ÜDM-nin təxminən 1,45 faizini müdafiəyə xərcləyib.

 

Kanada Müdafiə Nazirliyinin məlumatına görə, 2025-2026-cı illər ərzində ölkənin müdafiə xərclərinin 44,2 milyard Kanada dollarına (təxminən 32 milyard dollar) çatacağı gözlənilir.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli