"Madleen gəmisinə müdaxilə qanun pozuntusudur"

Tarix: 22:05 09.06.2025
Xarici İşlər Nazirliyi, "Beynəlxalq sularda üzərkən Qəzzəyə humanitar yardım çatdırmaq üçün yola çıxan və göyərtəsində vətəndaşlarımızı daşıyan "Madleen" gəmisinə İsrail qüvvələrinin müdaxiləsi açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır" ,-deyib.
Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və 12 hüquq müdafiəçisini daşıyan Madleen gəmisinə soyqırım törədən İsrailin hücumuna Xarici İşlər Nazirliyi reaksiya verib.
Nazirlikdən verilən yazılı açıqlamada “Madleen” gəmisinə edilən müdaxilənin qanun pozuntusu olduğu bildirilib.
İsrailin yardım gəmisinə hücumuna Türkiyədən ilk reaksiya
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
“Beynəlxalq sularda üzərkən Qəzzaya humanitar yardım çatdırmaq üçün yola çıxan və vətəndaşlarımızı daşıyan “Madleen" adlı gəmiyə İsrail qüvvələrinin müdaxiləsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır”.
Naviqasiya azadlığını və dəniz təhlükəsizliyini də təhdid edən Netanyahu hökumətinin bu mənfur hücumu İsrailin terror dövləti olduğunu bir daha sübut edib.
“Qəzzada aclıqdan silah kimi istifadə edən və humanitar yardımların çatdırılmasına mane olan İsrailin soyqırım siyasətinə beynəlxalq ictimaiyyətin haqlı reaksiyası davam edəcək. İsrailin aqressiv və qanunsuz münasibəti bəşəri dəyərləri müdafiə edən səsləri susdurmayacaq”.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva