"Azərbaycanla oyunda məqsədimiz budur"-Rossi

Tarix: 22:18 09.06.2025
"Azərbaycan millisi ilə oyunda topa daha çox sahib olmaq istəyirik".
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi sabah Azərbaycan ilə keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, zədəli futbolçuların olmadığını bildirib: “Yalnız heyətdə müəyyən dəyişikliklər olacaq. Qapını Tot Balaş qoruyacaq. Azərbaycan millisi də sabah qələbə qazanmaq istəyir”.
Qeyd edək ki, “Liv Bona Dea Arena”da təşkil olunacaq matç saat 20:00-da başlayacaq.