Tatarıstana dron hücumu olub

Bölmə: Dünya › ,
Tarix: 08:03 10.06.2025

 

Rusiya Federasiyasının Tatarıstan Respublikasının Nijnekasmk şəhəri üzərində azı üç partlayış səsi eşidilib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri şəhərə "Lyutıy" dronları ilə hücum etməyə çalışır.

 

Hava Hücumundan Müdafiə sistemi dronlara qarşı işə düşüb. Pilotsuz uçuş aparatlarının Yelabuqa şəhəri istiqamətində uçduğu bildirilir. Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.