Rusiyada təyyarə səmada yoxa çıxıb

Bölmə: Hadisə › ,
Tarix: 10:15 10.06.2025

Yakutiyada göyərtəsində 5 nəfərin olduğu An-2 təyyarəsi səmada yoxa çıxıb.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

 

Məlumata görə, təyyarə meşə yanğınının vəziyyətini izləyərkən onunla əlaqə kəsilib:

 

“Təyyarədə iki ekipaj üzvü və 3 nəfər “Avialesoxran”nın işçisi olub”.