Gələn il üçün Formula-1 üzrə Bakı Qran-prisinin tarixi…

Tarix: 11:23 10.06.2025
2026-cı ildə təşkil olunacaq Formula-1 üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, Beynəlxalq Avtomobil Federasiyası və Formula-1 təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.
Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.
Qeyd edək ki, 2026-cı ildə Formula-1 təqvimi yenə 24 mərhələdən ibarət olacaq.