ABŞ-İran danışıqlarının növbəti raundu bu tarixdə keçiriləcək

Bölmə: Dünya › ,
Tarix: 10:23 10.06.2025

Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün İran və ABŞ rəsmiləri arasında danışıqların altıncı raundu iyunun 15-də Omanın paytaxtı Maskatda keçiriləcək.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai deyib.

 

“İran-ABŞ danışıqlarının növbəti raundunun bazar günü Maskatda keçirilməsi planlaşdırılır”, - o bildirib.

 

Qeyd edək ki, mayın 23-də İran və ABŞ arasında Romada nüvə danışıqlarının beşinci raundu keçirilib.