Nəriman Axundzadəyə 2 milyon avro qiymət qoyulub

Bölmə: İdman › ,
Tarix: 19:45 10.06.2025

"Bu qiymətlər sadəcə simvolik qiymətlərdir. Peşəkar və reytinqli klublar özləri bu qiyməti təyin edir. Hazırda bu qiymətlər yox, real təkliflər rol oynayır".

 

Bu fikirləri idman jurnalisti, ekspert Ağa Dadaşzadə "İnformator.az"a açıqlamasında deyib.

 

Müsahib qeyd edib ki, əsas olan real olaraq hansı Avropa klubunun Nərimanın arxasınca düşməsidir:

 

"Real təklif olmadan bu rəqəmlər reallığı əks etdirmir. Nərimanın millidəki çıxışı ilə qiyməti heç də üst-üstə düşmür.  Eyni zamanda digər futbolçular bilməlidir ki, qiymətlər qısa zamanda tez-tez dəyişə bilər. Ona görə də ekspertlər oyunlara, göstəricilərə keyfiyyət qiyməti qoyur. Hazırda futbolumuzdakı son nəticələrə görə böyük pul və qiymətlərə arxayınlaşmaq olmaz".

 

Zəhra Möhübbətova