UEFA "6 saniyə" qaydasını yeniləyib

Bölmə: İdman › ,
Tarix: 11:41 12.06.2025

UEFA "6 saniyə" qaydasını yeniləyib.

 

"İnformator.az" "Bild" nəşrinə istinadən xəbər verir ki, artıq əvvəlki kimi qapıçı topu əlində 6 saniyədən çox saxlasa sərbəst zərbə verilməyəcək.

 

Yeni qaydalara əsasən, qapıçı topu əlində 8 saniyədən çox tutarsa, rəqib komandanın lehinə künc zərbəsi veriləcək.

 

Hakim son 5 saniyəni əli ilə görülə biləcək şəkildə geri sayım edəcək.

 

Bu qayda bu gündən etibarən bütün UEFA turnirlərində keçərli olacaq.