İstanbul danışıqları bəhrəsini verir

Bölmə: Dünya › ,
Tarix: 21:31 10.06.2025

 

 

Rusiya və Ukrayna arasında Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqlar nəticəsində əldə olunan 25 yaşdan aşağı olan əsir hərbçilərin mübadiləsi razılaşmasının ikinci mərhələsi tamamlanıb. İlk mübadilədən sonra tərəflər 2 iyun tarixində İstanbulda keçirilən ikinci tur görüşlərdə yeni bir əsir dəyişimi barədə razılığa gəlib.

 

Rusiya Xarici İşlər Nazirliyi ikinci bir rus hərbçilər qrupunun Ukrayna əsir hərbçiləri ilə dəyişdirildiyini açıqlayıb. Bildirilib ki, rus əsgərləri hazırda Belarusdadır və orada psixoloji və tibbi yardım alırlar.

 

Ukrayna Prezidenti Volodimir Zelenski əsir mübadiləsindən sonra verdiyi açıqlamada, geri dönən ukraynalı hərbçilərin təcili tibbi yardıma ehtiyacı olduğunu bildirib. Zelenski əsir mübadiləsinin humanitar bir proses olduğunu və bütün ukraynalı əsirlərin geri qaytarılması üçün işlərin davam etdiyini vurğulayıb.


A haber

Asiman Vəliyeva