Pistorius Kiyevə gedib

Tarix: 10:18 12.06.2025
Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynanın paytaxtı Kiyevə səfər edib.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “DPA” agentliyi yayıb.
Alman nazirin səfəri əvvəlcədən elan edilməyib.
Bildirilib ki, Pistorius Kiyevdə vəziyyətlə yerində tanış olmaq və Ukrayna rəhbərliyi ilə ölkəyə yeni hərbi yardımın göstərilməsini müzakirə etmək niyyətindədir.