Salyanda fermada güclü yanğın-33 inək tələf olub

Tarix: 10:28 12.06.2025
Salyan rayonunda güclü yanğın olub.
"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 17 radələrində rayonun Qardili kəndi ərazisində Eyyub Şikarova məxsus ümumi sahəsi 300 m² olan fermada baş verib.
Yanğın nəticəsində fermanın yanar konstruksiyaları, 7 ton ot bağlaması və 33 baş inək yanaraq tələf olub.