Türk Hava Yolları 4 gün fərqlə 2 rekord qırıb

Tarix: 22:33 10.06.2025
Türk Hava Yolları (THY) 4 gün arayla iki uçuş rekordu qırıb. Planlı 1369 reys həyata keçirən THY indiyədək olan ən yüksək günlük uçuş sayına çatıb.
Türk Hava Yolları tarixi bir rekord qırıb. Qurban Bayramının son günü planlı 1369 uçuş həyata keçirib. Bu, indiyə qədərki ən yüksək günlük reys sayına çatmaq deməkdir.
Türk Hava Yolları Baş Direktoru Bilal Ekşi rekord xəbərlərini sosial media hesabından paylaşıb.
“Maşallah deyək. Yeni rekord gəldi” sözləri ilə tarixi uğuru paylaşan Ekşi “Əvvəlki rekord arifə günü 1292 reys idi. Türkiyə böyüyür, THY isə yüksəkdən uçur” ifadələrini işlədib. Türk Hava Yolları 2 iyul 2023-cü ildə 1284 reyslə rekord qırıb, sonra 5 iyun 2025 arifə günü 1292 reyslə yeni rekorda nail olub.
TRT XƏBƏR
Lalə Qurbanlı