Olimpiya çempionunun iki medalı ləğv edilib

Tarix: 22:34 12.06.2025
Sərbəst güləş üzrə Olimpiya çempionu Bilyal Maxov antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin saytında məlumat yayılıb.
Məlumata görə, 37 yaşlı rusiyalının 2015-ci il yanvarın 10-dan 2020-ci il yanvarın 27-dək olan nəticələri ləğv edilib. O, 2015-ci il dünya çempionatının iki bürünc medalından məhrum edilib.
Maxov bundan əvvəl Rusiya Antidopinq Agentliyi tərəfindən dörd il müddətinə diskvalifikasiya edilib. Onun 2020-ci ilin qışında götürdüyü dopinq testi müsbət çıxıb.