Erməni xalqı imperatora qalib gəlib, Nikol kimdir?!

Tarix: 22:29 12.06.2025
Əgər erməni xalqı Rusiyanın qüdrətli imperatorunu məğlub edə bilibsə, onda satqın və kafir Nikol kimdir ki, məğlub olmasın?
"İnformator.az" " Axar.az"a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan sosial şəbəkə hesabında kilsə-hökumət gərginliyi haqda yazıb.
"1903-cü ildə Rusiya imperatoru II Nikolay erməni kilsəsinin əmlakının müsadirə edilməsi və erməni məktəblərinin bağlanması haqqında qanun qəbul edib. Bu, erməni xalqının bütün təbəqələri arasında o qədər etiraz və itaətsizlik dalğasına səbəb oldu ki, istər-istəməz erməni millətçiliyinin formalaşmasına təkan verib və 1905-ci ildə imperator bu qanunu ləğv etməyə məcbur olub”, - Petrosyan qeyd edib.