Əli Əsədov Özbəkistan prezidenti ilə görüşüb-ŞƏRH

Tarix: 22:51 12.06.2025
Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov iyunun 10-da bu ölkənin Prezidenti Şövkət Mirziyayevlə görüşüb.
Mövzu ilə bağlı “İnformator.az”a politoloq Əli Mustafa bildirir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun Özbəkistandakı səfəri orada keçirilən Beynəlxalq İnvestisiya Forumu ilə əlaqəlidir:
“Belə bir şəraitdə Azərbaycanın da burada iştirak etməsi, Türküstan, Azərbaycan münasibətlərinin daha da sıxlaşmasına, yaxınlaşmasına təsir edən bir faktor olduğunu deyə bilərik. Azərbaycan və Türküstan əslində daha yaxından əməkdaşlıq etmək, daha yaxın qarşılıqlı faydalı fəaliyyətləri bir növ tapmaq, eyni zamanda bildiyim qədər Azərbaycan və Özbəkistanın yaratdığı birgə investisiya fondu var. Həmin investisiya fondunun imkanlarından daha səmərəli istifadə etmək və s. kimi məsələləri əhatə edir. Eyni zamanda, həm də Azərbaycanın iş adamlarının Özbəkistanda investisiya yatırmasına Özbəkistan investisiyasının Azərbaycana gəlməsinə də düşünürəm ki, faydalı ola bilər. Yəni bu forumdakı müzakirələr forumda bir daha Azərbaycanın da iştirakı, sözsüz ki, Özbəkistan Azərbaycanın iqtisadi, ticari, mədəni, milli əlaqələrinin münasibətlərinin inkişafı üçün son dərəcə əhəmiyyətli ola bilər. Hazırda Azərbaycanla Özbəkistan arasındakı siyasi əlaqələrə gəldikdə, bildiyim qədər çox normal bir inkişaf tempi var. Yəni hər iki qardaş dövlət bir-birlərini daha yaxından tanımaq və daha yaxından əməkdaşlıq etmək istiqamətində çalışırlar. Qarabağ Ermənistan vəhşiliyinin aradan qaldırılmasında Özbəkistan biz xidmətini xatırlayırıq. Orada Özbəkistan tərəfinin inşa etdiyi obyekti mövcud idi. Yəni Qarabağın bərpasında Özbəkistan öz töhfəsini verib. Amma daha çox biz türk dövlətləri Təşkilatı kontekstində bir araya gəlmişik. Bildiyim qədər, hətta Azərbaycan-Özbəkistan-Türkiyə üçün formatında başqa əməkdaşlıq istiqamətləri də mövcuddur”.
Həmçinin siyasi şərhçi qeyd edib ki, bu yaxınlarda Özbəkistan Şuşa bəyannaməsinə qoşulacağına dair bilgilər də yayılıb:
“Elə həmin tədbirdə qeyd olunub ki, Özbəkistan Respublikasının prezidenti bu yaxın vaxtlarda Azərbaycana gəlməsi planlaşdırılır. Yəni bütün hallarda, məncə, Azərbaycan və Özbəkistan arasında münasibətlər inkişaf edir, dərinləşir, əməkdaşlıq getdikcə daha əhatəli olur və bu da çox doğrudur. Nəzərə alsaq ki, həm Azərbaycanın, həm Özbəkistan son dərəcə böyük potensialı var, üstəlik də bu gün Rusiyada həm azərbaycanlı, həm Özbəkistandan olan miqrantlara qarşı törədilən zorakılıqları filanlar fonunda biz əslində, məncə, əməkdaşlığımızı, xüsusilə investisiya quruluşunu etməliyik ki, nə Azərbaycan, nə də Özbəkistan vətəndaşları artıq başqa yerlərə getsin. Əgər bu investisiyalar düzgün istiqamətləndirilərsə, ölkənin iqtisadi infrastrukturu sənayesi normal inkişaf etdirilirsə, bu insan potensialı üçün burada kifayət qədər ciddi iş yerlər yarana bilər. Yəni bu əməkdaşlığın bir istiqaməti də əslində ən qiymətli resursu insan resurslarıdır və biz öz resurslarımızı, öz bölgəmizdə öz regionumuzda işinin təminini məşğulluq məsələlərini həll etməliyik ki, Rusiyanın və digər ölkələrə gedib küçələrində insanlar əziyyət çəkməsinlər. Mən hesab edirəm ki, Azərbaycan və Özbəkistanın əlaqələri münasibətləri dost yanadır. Amma böyük potensial da var. Bu münasibətlərin daha da dərinləşməsi istiqamətində düşünmək lazımdır. O ki qaldı Özbəkistan Azərbaycanın strateji tərəfdaşlığına, əlbəttə, bu, olduqca vacib bir məsələdir. Çünki həm Türküstan, həm də Azərbaycan kifayət qədər ciddi hisslərinlə üzlədilər və xüsusilə Rusiyanın təhdidləri fonunda bu da aydın görsənir. Bu baxımdan iki bölgənin bir araya gəlməsi, birgə müdafiə olunması son dərəcə vacibdir. Əslində biz yavaş-yavaş əməkdaşlığın fonunda, yəni onların sayəsində etibarlı güc mərkəzi də yarada bilirik. Bu qarşılıqlı əməkdaşlıq həm də vahid təhlükəsizlik şərtlərinin yaranmasına qədər inkişaf eləsin”.
Aysel Mirzəyeva