Snayperlər türk prezidentini belə qoruyub

Tarix: 12:02 12.06.2025
Özbəkistan Prezidenti Şövkət Mirziyayev futbol stadionunda keçirilən mükafatlandırma mərasimində snayperlər tərəfindən qorunub.
"İnformator.az" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Tribunalarda mövqe tutan snayperlər tədbir boyu ayıq-sayıqlıq nümayiş etdiriblər. Onlar mərasim zamanı baş verə biləcək təhlükələrə qarşı hazır vəziyyətdə dayanıblar.
Qeyd edək ki, tarixində ilk dəfə dünya çemponatının final mərhələsinə (DÇ-2026) vəsiqə qazanan Özbəkistan millisinin futbolçuları ölkə Prezidenti Şövkət Mirziyayev tərəfindən mükafatlandırılıb. Sərəncama əsasən, onlara dövlət mükafatları və prezident hədiyyəsi olan avtomobillər təqdim edilib.