Ağdaş Mədəniyyət Evində faciə-Ölən var

Tarix: 17:52 12.06.2025
Ağdaş rayon Mədəniyyət Evində ölümlə nəticələnən hadisə baş verib.
“İnformator.az”ın məlumatına görə, hadisə Mədəniyyət Evində aparılan təmir işləri zamanı baş verib.
Orada usta işləyən 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov binanın damında işləyərkən ehtiyatsızlıqdan yıxılıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İ.Əbdülrəhimov aldığı xəsarətlərdən orada dünyasını dəyişib.