Filippinin sabiq prezidenti müvəqqəti azadlıq istəyir

Tarix: 18:39 13.06.2025
Filippinin keçmiş prezidenti Rodriqo Duterte, Beynəlxalq Cinayət Məhkəməsindən (BCC) yaşının çox olması və humanitar səbəbləri əsas gətirərək başqa, açıqlanmayan bir ölkəyə müvəqqəti azadlığa buraxılmasını istəyib.
Dutertenin vəkili məhkəməyə təqdim etdiyi sənəddə bildirib ki, keçmiş prezident artıq əvvəlki kimi siyasi gücə malik deyil, qaçmaq və ya yeni cinayət törətmək niyyətində deyil.
Qeyd edək ki, Duterteni bu ilin mart ayında "narkotiklərlə mübarizə" siyasəti çərçivəsində minlərlə insanın ölümünə görə Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi həbs edib. O, ittihamları rədd edərək həbsi “qanunsuz” və “adam oğurluğu” kimi qiymətləndirib. Lakin, narkotik müharibəsi qurbanlarının ailələri və hüquq müdafiəçiləri Dutertenin azadlığa buraxılmasına qarşı çıxırlar.
Reuters
Billurə Quliyeva