Türkiyədə “Sputnik”ə giriş əngəllənib

Bölmə: MEDİA › ,
Tarix: 11:20 15.04.2016

Türkiyə əleyhinə xəbərlər yayımlayan “Sputnik News”a Türkiyədən giriş əngəllənib. 

İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, telekommunikasiya rabitə nazirliyinin aldığı qərarla bağlanıb. “Sputnik”in türkçə versiyasına giriş də əngəllənib. 

Sputnik TR nazirliyin qərarı ilə bağlı açıqlama verib. Açıqlamada sayta girişin qadağan edildiyi bildirilib. Əngəlləmənin Sputnik Türkiyə ilə məhdudlaşdırılmadığı http://sputniknews.com adresindən 31 dilə də girişin qadağan olunduğu bildiirlib.