BMT rəsmisi: Qadınlarla bağlı planları həyata keçirməkdə əsas problem maliyyədir

Bölmə: Dünya › ,
Tarix: 09:46 02.07.2025

"Qadınlarla bağlı planların həyata keçirməsində əsas problem maliyyədir". 

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bununla bağlı BMT Baş katibinin müavini, BMT Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibi Armida Salsiah Alisjahbana Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Qadınlar Forumuna ünvanladığı videomüraciətdə deyib.

 

O bildirib ki, onlar yerlərdəki vəziyyətlərlə maraqlanır və həlli istiqamətində yollar axtarır:


"Qlobal maliyyələşmə mexanizmi elə tərtib edilməlidir ki, bu, qadınlar üçün əlçatan olsun. Son illərdə 90 milyon vəsait ayıraraq qadınlara dəstək göstərmişik ki, onların qlobal bazarlara çıxışı olsun. Ümid edirəm ki, forum çərçivəsində yeni maliyyə mənbələri müəyyən etmək olar. Qadınlara rəhbər imkanlar yaratmalı və bundan yararlanmalıyıq. Bu il bizim ikinci sessiyamız keçiriləcək və Azərbaycan orada əsas təşkilatçılardandır".