İndoneziyada bərə faciəsi-38 nəfər itkin düşüb

Tarix: 15:03 03.07.2025
İndoneziyanın Bali adası sahillərində 65 nəfəri daşıyan bərə naməlum səbəbdən batıb. Bərədə 53 sərnişin və 12 heyət üzvü olub.
Qəza, bərənin limandan çıxmasından təxminən yarım saat sonra baş verib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmilərin verdiyi son məlumata görə, 23 nəfər xilas edilib, 4 nəfərin cəsədi tapılıb. Hazırda 38 nəfərin axtarışları davam edir.
TRT HABER
Solmaz Muradova