Ərdoğan Xankəndiyə səfər edir

Tarix: 21:21 03.07.2025
2025-ci il iyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev strateji əhəmiyyətə malik olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun açılışında iştirak edib. Bu mühüm infrastruktur layihəsi Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işlərinin daha bir nümunəsidir. Yeni yol həm Qarabağın logistik əlaqələrini möhkəmləndirir, həm də regionun sosial-iqtisadi inkişafına töhfə verir. Uzunluğu 81.7 kilometr olan bu yeni avtomobil yolu bölgənin mühüm mərkəzlərini birləşdirir və mövcud marşrutu 19.3 kilometr qısaldır.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev " İnformator.az" a açıqlamasında bildirib ki , bu yolun çəkilməsi çox əhəmiyyətlidir və bunun nəticəsində Şuşadan bir çox cənub bölgələrinə çıxış yaranacaqdır:
"Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolunun açılışı, şübhəsiz ki, işğaldan azad edilmiş bölgələrdə həyatın canlandırılması , yeni infrastruktur layihələrinin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Ümumiyyətcə, yol çəkilişləri istənilən regionda çox böyük perspektivdir. Nəzərə alaq ki , yolları əsasən insanın bədənindəki qan damarları ilə müqayisə edirlər və əgər həmin bölgədə yol olmazsa,orada həyat da olmaz.Bu, yəni , həmin ərazilərdə həyatın canlandırılması baxımından mühüm əhəmiyyət kəsb edir.Xüsusilə də , bu yolun böyüklüyü və çevikliyi daha çox diqqəti cəlb edir.Eyni zamanda , Şuşaya daha rahat çıxışın təmin olunması anlamına gəlir və Şuşada gələcəkdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşdırılması , o cümlədən təhsil müəssisələri , mədəniyyət tədbirləri tez-tez keçirilir.Həmin bölgələrə çatdırılma baxımından çox əlverişli və güclü yoldur.Həmçinin, quru yoldan istifadə edilməsi tranzit baxımından bölgənin əhəmiyyətini daha da artırır.Əlbəttə ki, Şuşa Qarabağın həm mədəniyyət mərkəzidir , həm də burada iqtisadi əlaqələrin inkişafı baxımından çox vacibdir.
Tamamilə , yeni standartlara uyğun şəkildə qurulub.Yolun çəkilməsində müasir texnologiyalardan istifadə olunub. Azərbaycan dövləti Qarabağ ərazisində bərpa işlərini , həqiqətən də, layiqincə yerinə yetirir.Qarabağ bölgəsinin , xüsusilə də , Şuşa və onun ətrafının infrastrukturunun yenilənməsi , sosial-iqtisadi vəziyyətinin daha da dirçəldirilməsi baxımından əhəmiyyətlidir.Həmçinin, bölgələr arasındaki əlaqənin, yəni , Qarabağın işğaldan azad edilmiş bölgələri və digər cənub rayonlar arasında əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarır".
Ekspert bu yolun əhali və biznes üzərindəki təsirlərindən də söz açıb:
"Əhalinin gündəlik həyatına müsbət təsir göstərəcək.Həm biznes baxımından , həm də kütləvi mədəniyyət tədbirlərində iştirak baxımından və eyni zamanda , kiçik biznes obyektləri - bunlar qısa müddətdə sərfəli yollarla insanların iştirak etməsinə imkan verəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yolun açılışda birbaşa iştirak etməsi , şübhəsiz ki , ali siyasi iradənin , bu məsələlərə nə qədər önəm verdiyinin göstəricisidir.Birbaşa dövlət başçısı Qarabağda gedən bütün işlərə,hər bir bərpa olunan yaşayış massivinə , yolun açılışına şəxsən özü gedir.Bu, Qarabağın işğaldan azad olunmasına rəhbərlik edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün də yenidən qurulma işlərinə əhəmiyyət verdiyinin göstəricisidir.
Əhmədbəyli -Füzuli - Şuşa yolunun çəkilməsinin Zəngəzur dəhlizi ilə də əlaqasi vardır.Çəkilən bu yol Şuşa və Xankəndi istiqamətinə,eyni zamanda işğaldan azad olunmuş bölgələrin mərkəzinin Zəngəzur dəhlizi ilə birləşdirilməsində əsas rol oynaya bilər.Bu, Qarabağ-Zəngəzur xətti və Naxçıvanın birləşdirilməsi baxımından əhəmiyyətlidir".
Nəzrin Məmmədova