Finlandiyadan dəstək

Bölmə: Dünya › ,
Tarix: 21:02 03.07.2025

Finlandiyanın Ətraf Mühit və İqlim Naziri Sari Multala bildirib ki, Avropa Komissiyasının 2040-cı ilədək istixana qazı emissiyalarının 90% azaldılması ilə bağlı təklifi ölkəsinin iqlim diplomatiyası məqsədlərinə uyğundur.

 

“Komissiyanın təklifi Finlandiyanın bu sahədə prioritetlərinə uyğun gəlir və bizim bu təklifə təsir göstərmək istiqamətində səylərimizi əks etdirir", – deyə Multala YLE-yə açıqlamasında qeyd edib.

 

Nazir əlavə edib ki, sabit iqlim siyasəti Avropa İttifaqının rəqabət qabiliyyətini artırır və biznesləri təmiz texnologiyalara sərmayə yatırmağa təşviq edir.

 

Multala texnologiya baxımından neytral yanaşmanın vacibliyini vurğulayaraq, konkret metodların üstün tutulması və ya kənarlaşdırılmasının yolverilməz olduğunu deyib. O, həmçinin torpaq istifadə sektorundakı qeyri-müəyyənliklərin də nəzərə alınmasının vacib olduğunu qeyd edib.

 

Finlandiya hökumətinin bu məsələ ilə bağlı rəsmi mövqeyini sentyabrın əvvəlində parlamentə təqdim edəcəyi gözlənilir.

 

 

ANEWZ

Gülhüseynova Güllər