İTV-də Rio həyəcanı başlayır...

Bölmə: MEDİA › ,
Tarix: 17:40 21.07.2016

Avqustun 6-dan etibarən İctimai Televiziya Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarının canlı yayımına start verir.

İnformator.az xəbər verir ki, İTV Cənubi Amerika qitəsində ilk dəfə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimini Bakı vaxtilə saat 02:55-də tamaşaçılara təqdim edəcək.

Xatırladaq ki, XXXI Yay Olimpiya Oyunlarının Azərbaycanda yayım hüququ İTV-yə məxsusdur. Qeyd edək ki, 206 ölkənin iştirakının gözlənildiyi möhtəşəm turnirdə idmançılar 301 medal komplekti uğrunda mübarizə aparacaqlar.