İsrail XİN "Madlen" gəmisi ilə bağlı açıqlama yayıb

Bölmə: Dünya › ,
Tarix: 08:43 09.06.2025

 

İsrail XİN öz sosial şəbəkə hesabında “Madlen” gəmisinin sahilə doğru üzdüyünü və sərnişinlərin ölkələrinə qayıtdığını bildirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, daha əvvəl Qəzzaya humanitar yardım daşıyan "Madlen" yelkənli gəmisi ilə əlaqənin itirildiyi bildirilib.


Bu barədə "Röyters" məlumat yayıb.

 

İsrail XİN-in bəyanatında o da vurğulanıb ki, Qreta Tunberq də daxil olmaqla, gəmidəki fəallar “mediada təxribat təşkil etməyə çalışırdılar” və onların yeganə məqsədi “ictimaiyyətin diqqətini cəlb etmək”dir. Belə ki, gəminin göyərtəsində az miqdarda humanitar ləvazimatın olması da buna sübutudur.