Rusiyanın Krasnoyarsk diyarının meri Vladislav Loginov saxlanılıb. 

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, onun nədə ittiham olunduğu barədə dəqiq məlumat yoxdur.

 

57 yaşlı Loginov 2022-ci il sentyabrın 16-dan mer vəzifəsini icra edir.

 

2016-cı ildə Krasnoyarskın Sverdlovski rayonunun və Sovetski rayonunun administrasiyasına rəhbərlik edib. 2012-ci ildə "Asfalt-Beton Zavodu" ASC-nin təchizat və kommersiya direktoru vəzifələrində çalışıb. Eyni zamanda o, Krasnoyarsk şəhər təsərrüfatı idarəsinin abadlıq üzrə müavini olub.


2015-2016-cı illərdə Krasnoyarsk administrasiyasının bələdiyyə satınalmaları şöbəsinin rəis müavini postunda işləyib.