XİN rəhbəri Çinin Rusiyanın məğlubiyyətini istəmədəyini diqqətə çatdırıb

Bölmə: Dünya › ,
Tarix: 10:28 04.07.2025

Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir.

 

"İnformator.az" “South China Morning Post” qəzetinə istinadən xəbər verir ki, bunu Çinin xarici işlər naziri Van İ Aİ-nın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib.

 

Xəbərdə qeyd olunur ki, Çin XİN rəhbəri bildirib ki, Rusiyanın müharibədə məğlub olacağı təqdirdə, ABŞ-ın bütün diqqəti Çinə yönələcək.

 

Van İ Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb və əlavə edib ki, əgər belə bir şey olsaydı, Rusiya çoxdan müharibədə qalib gələrdi.