ABŞ generalı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı olub

Tarix: 13:25 04.07.2025
ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Aleksus Qrinkeviç NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı vəzifəsini təhvil alıb.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, komandanlığın təhvil verilməsinin rəsmi mərasimi Belçikanın Mons şəhərindəki NATO Baş Qərargahında baş tutub.
Mərasim ABŞ-nin bu gün qeyd olunan Müstəqillik Gününə təsadüf edib.
A.Qrinkeviç bu vəzifədə digər amerikalı general Kristofer Kavolini əvəz edib.