Hər iki dostumuz problemi anlayışla və müdrikliklə həll edəcək-Ərdoğan

Tarix: 15:04 05.07.2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Rusiya arasında yaşanan gərginliyə münasibət bildirib.
"İnformator.az" xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər iki ölkə ilə dərin diplomatik və strateji münasibətlərə malik olduğunu vurğulayaraq, tərəfləri təmkinli olmağa çağırış etdiyini qeyd edib.
“Türkiyə həm Azərbaycan, həm də Rusiya ilə dərin diplomatik və strateji əlaqələri olan bir ölkədir. Gərginliyi yaxından izləyirik və həm Azərbaycana, həm də Rusiyaya təmkinli davranmağı tövsiyə edirik. Diplomatik gərginliyi yumşaldacaq açıqlamaların məsələnin daha asan və məqbul bir şəkildə həllinə kömək edəcəyinə inanırıq. İki ölkə arasında baş verən mənfi hadisələrin tez bir zamanda sona çatmasını arzulayıram”, - deyə Ərdoğan bildirib.