"Portu"nun yeni baş məşqçisi açıqlanıb

Tarix: 15:31 06.07.2025
Portuqaliyanın "Portu" klubunun yeni baş məşqçisinin adı açıqlanıb.
"İnformator.az" "QOL.az" -ın klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Françesko Farioli ilə 2027-ci ilin iyununa qədər müqavilə imzalanıb.
36 yaşlı mütəxəssis ötən mövsümün “Ayaks”ı çalışdırıb.
Qeyd edək ki, “Portu” 2024/2025 mövsümünü üçüncü pillədə bitirib.