Amerika və onun müttəfiqləri gizli şəkildə Rusiyanı maliyyələşdirir

Bölmə: Dünya › ,
Tarix: 08:15 07.07.2025

“Ukraynaya dəstək Qərbi ziyana salır, amma Rusiyanın qələbəsi onlara daha baha başa gələcək. Əgər Avropa və xüsusən də ABŞ bu xərclərdən belə narahatdırsa, müdrik addım atmalı və nəhayət, Rusiyaya maliyyə dəstəyini dayandırmalıdırlar”.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu ABŞ-də praktiki hüquqşünas olan və biznes immiqrasiyası üzrə ixtisaslaşmış köşə yazarı Endi Samotyuk “Forbes”də bildirib.


O qeyd edib ki, Rusiyanın hücumu zamanı Ukrayna ən azı 552 milyard dollar birbaşa itkiyə məruz qalıb: “Bu rəqəm hər gün artır. Qərb artıq Ukraynaya dəstək üçün təxminən 370 milyard dollar xərcləyib. Bu, Rusiya qalib gələrsə, NATO-nun öz müdafiəsinə əlavə xərcləməli olacağı 4,5 trilyon dollarla müqayisədə qəpik-quruşdur”.