“Yaşıl dünya - mənim, sənin, bizim qurtuluşumuz” layihəsi başa çatıb

Bölmə: Sosial › ,
Tarix: 18:10 09.12.2016

Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən “Yaşıl dünya - mənim, sənin, bizim qurtuluşumuz” layihəsi başa çatıb.

Layihənin Qəbələ şəhərində keçirilən sorğusunda şəhər sakinləri bildirib ki, ətraf mühitin xüsusi ilə yaşıllıqların qorunması üçün maarifləndirmə işi genişləndirilməlidir.

Qeyd edilib ki, Ətraf mühitin çirklənməsi bütün dünya üçün çox böyük problemdir. Ətraf mühitin çirklənməsinə bir proseslər səbəb olur. Bu səbəblərdən biri  sənayenin inkişaf etməsi və bir çox zavodların havaya çirkli qazları buraxmasıdır. Eyni zamanda  başqa bir amil avtomobillərin istifadə olunması nəticəsində havanın çirklənməsidir. Bu da havada oksigenin azalmasına səbəb olur.

Dənizə, küçələrə atılan tullantılar da ətraf mühiti görə bilərik. İnsanların təsərrüfat fəaliyyəti ətraf mühitə əvəzoluna bilməyən bir formada mənfi təsir göstərir. Bunun nəticəsində insanın öz həyatı üçün zəruri olanların keyfiyyəti aşağı düşür, mühitdə dəyişikliklər baş verir, atmosfer və hidrosfer çirklənir, torpaqlar dağılır, genofond kasıblaşır, adamların sağlamlıqlarında pisləşmələr - problemlər baş verir.

“Hər bir kəs dərk etməlidir ki, bu dünya hər birimizin evidir. Evimizi qorumaq üçün isə hamımız səfərbər olmalıyıq. Ətraf mühiti çirkləndirən tullantıların evimizi çirkləndirməsinə icazə verməli deyilik. Bu dünyanı təmiz, çirklənmədən gələcək nəsilə ötürməliyik”, - Qəbələ sakini Samir Əliyev deyib.

Bütün bunların qarşısını almaq üçün isə maarifləndirmə aparılmalıdır.