“Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə

Bölmə: Sosial › ,
Tarix: 14:16 16.12.2016

Qəbələ rayonun Nic kəndi özundə təbiətin gözəlliyini əks etdirməklə yanaşı, olduqca maraqlı və qədim tarixə malikdir. Azərbaycan miqyasında yaxşı tanınan bu kənd haqqında danışılanda ilk növbədə onun sakinləri olan udinlər yada düşür. Amma burada təkcə udinlər yaşamır. Bu kənddə qədim alban əhalisinin törəmələri olan udinlərlə yanaşı, azərbaycanlılar və ləzgilər də yaşayır. 7285 hektar ərazisi olan Nic kəndinin əhalisinin 50 %-i udinlər, 40 %-i azərbaycanlılar, 10%-i isə ləzgilər təşkil edir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, El Gücü Beynəlxalq humanitar assosasiyanın təşəbbüsü ilə dekabr ayının 13-da rayonda etnik qruplarla baglı maraqlı təlim keçirdi. Təlim “Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə çərçivəsində baş tutdu. Təlimçilər qismində BDU-nun Jurnalistika fakültəsinin müəllimi Afaq xanım Sadıqova və Habil Niftalı çıxış etdi. Tədbirin əsas məqsədi Azərbaycanda yaşayan etnik qrupların mədəni irsini, tarix və mədəniyyət abidələri, adət-ənənələri haqqında gənclərə və ictimaiyyətə məlumat verməkdən ibarət idi. Təlimçilər çıxışlarını bitirdikdən sonra burda yaşayan etnik qruplar və yerli əhali arasında maraqqlı fikir mübadiləsi aparıldı, onların maraqlandıran sualları cavablandırdı.
Azərbaycanda yaşayan 26 tayfadan 1-i olan udin (ya da udi-S.S.) xalqının tarixi olduqca qədimdir. Hazırda kompakt şəkildə udinlər Azərbaycanda Qəbələnin bu kəndində - Nicdə yaşayırlar. Sayları təxminən 4500 nəfərə yaxındı. Nicdən əlavə, 78 nəfər udin də Oğuz rayonunda yaşayır.
Bu xalqla bağlı XIX əsrdən etibarən tətqiqatlar aparılıb, məlum olub ki, udinlər Azərbaycanın Qafqazdilli aborigen etnoslarındandır. Tarixən və elə bu günümüzdə də dünyanın etnik xəritəsində udinlər yalnız Azərbaycanda mövcud olub. Azərbaycanın qədim etnoslarından olan udinlərin öyrənilməsi ilə alimlər uzun illərdir ki, məşğul olurlar