El Gücü beynəlxalq humanitar təşkilatı təlimçiləri mükafatlandırıldı

Bölmə: Sosial › ,
Tarix: 15:11 16.12.2016

 

Home Cəmiyyət El Gücü beynəlxalq humanitar təşkilatı təlimçiləri mükafatlandırıldı

El Gücü beynəlxalq humanitar təşkilatı təlimçiləri mükafatlandırıldı
Jia.az 2016-12-16 - 15:14:29 El Gücü beynəlxalq humanitar təşkilatı təlimçiləri mükafatlandırıldı 154 nəfər oxuyub
2170_ısmayılı tedbır 4.jpg

Azərbaycanda Hind-Avropa dil ailəsinin İran qrupuna daxil olan bir sıra xalqlar da yaşayırlar. Məsələn: tatlar, talışlar və kürdlər bunlara misaldır. Tatlar Quba, Dəvəçi, Şamaxı, İsmayıllı habelə Abşeronun bəzi kəndlərində yaşayırlar. Tatlar Sasanilər dövründə İrandan Azərbaycana köçürülmüşlərdir (387-ci il İranla Bizans arasında bağlanan müqavilədən, yəni Albaniya Sasanilərin hakimiyyətinə keçdikdən sonra). Tat etnonimi türk mənşəli olub, oturaq qeyri-türk xalqlarına verilmiş addır.
Dini əlamətlərinə görə tatlar müsəlmanlara, qriqoryanlara və yəhudilərə bölünürlər. Müsəlman tatlar Abşeron yarımadasında, Quba və Dəvəçidə, yəhudi tatlar Quba rayonunun Qırmızı qəsəbə habelə Bakı və Dağıstanda yaşayırlar. Tatlar Azərbaycan türkləri arasında yaşadıqlarından maddi və mənəvi mədəniyyətlərinə görə azərbaycanlılardan çox az fərqlənirlər. Bəzi tədqi¬qatçıların fikrincə, Xəzər dənizinin qərb sahili boyunca Abşerondan Dərbəndədək məskunlaşmış tatlar buraya köçürülmüş qədim iranlıların qalıqlarıdır və onlar, heç şübhəsiz, Şirvan ərazisinin ən qədim etnik təbəqələrindəndir. o cümlədən bir çox tat ailələri də vardır ki, İsmayıllıda məskunlaşıb. bu gün-15 dekabrda Azərbaycan Respubli¬kasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyə yardımı, El Gücü beynəlxalq humanitar birliyinin təşəbbüsü ilə keçirilən təlim keçirildi. Təlim “Azərbaycanda yaşayan etnik qrupların mədəni irsinin öyrənilməsi və təbliğ edilməsi” adlı layihə çərçivəsində baş tutdu. Təlimçilər qismində çıxış edən Habil Niftalı əsas məqsəd kimi Azərbaycanda yaşayan etnik qrupların-İsmayıllıdan olan tatlar, ləzgilər, malakanlar və digər etnik qrupların nümayəndələrinin mədəni irsini, tarix və mədəniyyət abidələri, adət-ənənələri haqqında gənclərə və ictimaiyyətə məlumat verdi. Çıxış bitirdikdən sonra fikir mübadiləsi aparıldı və tədbirə gələnləri maraqlı suallar cavablandırdı. Tədbirdə iştirak Gənclər də öz növbələrində bu istiqamətdə gələcəkdə görüləcək işlər haqqında bəzi təkliflər verdilər. Təkliflər layihə rəhbərliyi tərəfindən maraqla qarşılandı. Sonda təlimə verdiklərə dəstəyə görə təlimçilərə təşəkkürnamə, iştirakçılar isə sertifikatlarla mükafatlandırıldı