Qələbənin sirri

Bölmə: İdman › ,
Tarix: 13:49 28.04.2017

Kənan Novruzov

BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi

Bir çox dahilər həyatı şahmat oyununa bənzədirlər. Rəqibi çıxılmaz vəziyyətə salmaq üçün planlar qurursan, bir neçə gedişi qabaqcadan təxmin edirsən. Həmişə olmasa da, bir də görürsən ki, elə rəqibin növbəti gedişindən sonra heç nə gözlədiyin kimi olmur, bütün hesablamaların puça çıxır. Məcbur olub yenidən saatlarla(böyük oyunları nəzərdə tuturam) baş sındırmalı olursanı. Təbii ki, uğura çatmaq, rəqibi mat etmək üçün qurbanlar da verməli olursan. Özü də ən maraqlısı odur ki, nə qədər çətin olsa da, bir sıra hallarda özün bilə-bilə onlardan imtina edirsən. Belə qurbanlar verə-verə sonda bir də görürsən ki, iki piyada və bir şahla “mat!” sözünü deməyə müvəffəq olmusan. Əsas da bu deyilmi? Bəlkə də, görüş ərzində oyunun ən başında A2 xanasında duran, çox gözlənilməz gedişlər etdiyin məğrur duruşlu atı, yaxud da həmişə düz yolda olan topunu, şahının yanından ayrılmayan, daim onu müdafiə edən sadiq vəziri rəqib piyadasının ayağı altına qoyursan, onu məhv edirsən. Oyunun məqsədi nədir bəs? Ancaq öz istəyinə çatmaq, qarşındakının-sənin nəyə qadir olduğunu yoxlayanın düz gözlərinə baxıb, “mən uddum” demək deyilmi? Əlbəttə, budur. Həm şahmatın, həm də həyatın təməl qanunu lazım gələndə öz gücünü göstərməkdir.
Dahilərdən biri deyib ki, mərhəmətli insanlar şahmat oynaya bilməzlər. Şübhəsiz! Çünki mərhəmətli insanlar qurban verməyi bacarmırlar. Amma unutmaq olmaz ki, sonda sənin gözündəki sevinci görəndə vaxtilə qırağa qoyduqların fiqurlar da sevinir. Fərqi nədir ki, qələbəni kimlə qazandın? Əsas odur ki, qələbəni qazanan sən oldun!