6 nömrəli məktəb Ağdamda xeyriyyə tədbiri keçirib

Bölmə: Sosial › ,
Tarix: 17:38 06.12.2017

6 nömrəli tam orta məktəb-lisey artıq bir aydan çoxdur ki, hazırlaşdığı Ağdama xeyriyyə səfərini dekabrın 4-də gerçəkləşdirib. 

İnformator.az xəbər verir ki, başda məktəbin direktoru əməkdar müəllimi Gülsən Orucova olmaqla, məktəbin on bir müəllimi də səfərdə iştirak edib.

Səfər zamanı, Ağdam rayonu, 106 saylı köçkün tam orta məktəbində I-XI siniflərdə təhsil alan 348 şagirdə geyim əşyaları, dərs vəsaitləri, dərs ləvazımatları təqdim olunub, hədiyyələr edilib. Bundan əlavə, 25 şəhid ailəsi ərzaqla təmin edilib. Şagirdlərin əylənməsi məqsədilə Xəzər TV və kiçik musiqi qrupu da səfərdə iştirak edib.

Qarşıdan gələn 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Ağdamda qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbəni ziyarət etmək, az da olsa, onlarla hər zaman həmrəy olduqlarını hiss etdirə bilmək səfər iştirakçılarının əsas məqsədi olub.  

.