Kreml Bakı və İrəvan arasında birbaşa dialoqu alqışlayır

Tarix: 14:29 10.07.2025
Rusiya Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu müsbət qiymətləndirir.
"İnformator.az" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması regionda sabitliyin bərqərar olmasına töhfə verəcək və Moskva bu prosesi tam şəkildə dəstəkləyir.