Rubionun Bakı-İrəvan bəyanatı-ABŞ bəhrələnmək istəyir

Bölmə: Siyasət › ,
Tarix: 22:22 10.07.2025

ABŞ Dövlət katibi Marko Rubio ölkə Prezidenti Donlad Trampa Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.


Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli “İnformator.az”a açıqlamasında bildirib ki, Rusiya-Azərbaycan münasibətlərinin kəskinləşməsi indiyə qədər bu səviyyəyə heç vaxt çatmayıb:

 

“Bəzi mənbələr bildirirdi ki, Azərbaycan Ermənistan sülh müqaviləsini Amerika hazırlayıb və Zəngəzur dəhlizinə də amerikalılar nəzarət edəcək. Bu da Rusiya bundan xəbər tutur və Azərbaycanın üzərinə gəlib. Eyni vaxtda Ermənistandan da Rusiyada kilsə Paşinyan savaşı da gedir. Orada da ermənilər ittiham edirlər ki, Rusiya kilsələri ilə Ermənistanda hərbi çevrilişə cəhd edib. Bu məlumatlarda Amerika məsələsində Azərbaycan Ermənistan məsələsində də aktivlik göstərir. İstər İstanbulda görüş, istər indi Abu Dabidə görüş bunun göstəricisidir. Təbii ki, burada indi Ərdoğan da vasitəçilik edir. Əbu-Dabi də neytral bir məkan kimi seçilib. Bu, Tramp həm şouman, həm narsist olduğu üçün Nobel mükafatı almaq istəyir və buna görə də hər yerdə üzünü sülhpərvər göstərir. . Harada münaqişə varsa, orda olub və onu həll etmək istəyir. Burda həm də Amerikanın da öz maraqları var. Bununla da ABŞ yenə həmişəki kimi dünyanın hər yerində olduğunu göstərir. Amma buna rəğmən, Tramp Baydeni ittiham edirdi ki, biz daha çox daxili məsələlərə fikir yönəltməliyik. Onun onsuzda birinci prezidentliyi dövründə elə idi. Daxili məsələlərə daha çox fikir yeridilirdi və biz niyə öz pulumuzu ona müdafiəsinə xərcləməliyik, onu bunu müdafiə etməliyik. Bu üsullar hamısı pul xərcləsinlər və s. Amma indi gördük ki, yox, yenə Amerika hər yerdə var. Çünki mən yenə demişəm, həm Tramp belə qeyri-sabit adamdı. Həm də Amerika elə bir dövlətdir ki, orada təkcə prezidentdən çox şey asılı deyil. Prezident qərar verir, qərarı rahat şəkildə məhkəmə və yaxud da hansısa Ştatın qubernatoru ləğv edə bilər. Bu Trampın dövründə biz bunu gördük”.


Aysel Mirzəyeva