Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Elmi Şuranın yekun iclası olub

Bölmə: Sosial › ,
Tarix: 14:36 29.12.2017

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Elmi Şuranın yekun iclası olub. 

İnformator.az xəbər verir ki, tədbirdə çıxış edən Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, tibb elmləri doktoru Elmar Qasımov bu il rəhbərlik etdiyi qurumun həyata keçirdiyi işlərdən və yeniliklərdən danışıb. Onun sözlərinə görə, Mərkəz 2017-ci ildə çox məhsuldar çalışıb. Təkcə paytaxtda deyil, Azərbaycanın bir çox şəhər və rayonlarında konfranslar keçirib, gözlə bağlı problemi olan pasientlərə səyyar tibbi xidmət göstərib. Eləcə də gənc oftalmoloqların peşəkarlığının artırılması ilə bağlı regionlarda elmi-prektik konfranslar keçirib. 

2018-ci ildə də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bir çox mühüm işlərə imza atacaq-deyən baş oftalmoloq Elmar Qasımov həməkarlarına yeni ildə uğurlar arzulayıb. Tədbir çırçivəsində tibb elmələri doktoru, professor Kərəm Kərimovun 70 illik yubileyi də təntənəli şəkildə qeyd olunub. 

Elmar Qasımov alimin oftalmologiya sahəsindəki xidmətlərindən danışıb. Onun sözlərinə görə, Kərəm Kərimov yüksəkixtisaslı cərrah və klinisistdir. Fəaliyyəti dövründə o, katarakta, qlaukoma, gözün zədəsi və iltihab xəstəlikləri, anadangəlmə patologiyası ilə əlaqədar olaraq, göz almasında minlərlə cərrahi əməliyyatlar, o cümlədən optik-rekonstruktiv müdaxilələr aparıb, görmə üzvünün müxtəlif növ optik qüsurları zamanı fotorefraksion cərrahiyyəsi üsullarını tətbiq edib. O, 132 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın və 8 metodik tövsiyənin müəllifidir, bir neçə onluq elmi əsəri xarici ölkələrdə çap olunub.  

Professorlar Paşa Qəlbi Nur, Çingiz Cərullazadə və Rasim Hacıyev də qeyd ediblər ki, Kərəm Kərimov elmi və praktiki oftalmoloji kadrların hazırlanmasına böyük diqqət yetirir.