ABŞ Harvardın mübadilə vizalarına sponsorluğunu araşdırır

Tarix: 20:36 23.07.2025
ABŞ Dövlət Departamenti Harvard Universitetinin mübadilə vizalarına sponsorluq etmək səlahiyyəti ilə bağlı araşdırma başladıb.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "X"də yazıb.
O bildirib ki, viza sponsorluğu bir imtiyazdır:
"Fəaliyyəti ilə millətimizin maraqlarına ziyan vuran sponsorlar bu imtiyazı itirəcəklər".
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbul etməsini dayandırıb. Daha sonra ABŞ məhkəməsi Donald Tramp administrasiyasının bu qadağasını müvəqqəti olaraq dayandırmışdı. Universitetin prezidenti Alan Qarber isə Harvard ictimaiyyətinə universitetin beynəlxalq tələbələri üçün mübarizə aparacağına söz verib.