"Araz-Naxçıvan"a üçüncü qolu da hədiyyə edə bilərdik-"Aris"in baş məşqçisi

Bölmə: İdman › ,
Tarix: 22:40 24.07.2025

Təəssüf ki, istədiyimiz nəticə olmadı".


"İnformator.az" xəbər verir ki, bunu Yunanıstanın "Aris" klubunun baş məşqçisi Marinos Uzunidis Bakıda "Araz-Naxçıvan"a 1:2 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

 

57 yaşlı mütəxəssis komandasının hesabı açdıqdan sonra oyuna daha yaxşı nəzarət etməli olduğunu söyləyib: "Amma təəssüf ki, iki qol buraxdıq. Bəzi oyunçularımızın psixoloji durumu yaxşı deyildi və bu da oyuna təsir etdi. İndi isə əsas diqqətimizi növbəti matça yönəltməli və daha yaxşı nəticə üçün çalışmalıyıq".


O, cavab oyununun fərqli olacağını bildirib: "Bu dəfə daha hazır, daha motivasiyalı olacağıq. Daha yaxşı çıxış edəcəyimizə də inanıram. Qarşıda bizi bir həftəlik hazırlıq prosesi gözləyir. Bəzi futbolçularımız fiziki baxımdan tam hazır deyildi, bu da oyuna təsir göstərdi. Amma heyətimizdə təcrübəli oyunçular var və bu, bizim üstünlüyümüzdür. Açığını deyim, hətta üçüncü qolu da rəqibə hədiyyə edə bilərdik. Bu səhvlərdən nəticə çıxarıb, növbəti matçda daha güclü və toparlanmış komanda olaraq çıxış edəcəyik".