Cəlal Hüseynov oynayıb, komandası heç-heçə etməyib

Bölmə: İdman › ,
Tarix: 22:43 24.07.2025

Azərbaycan yığma komandasının futbolçusu Cəlal Hüseynovun heyətində yer aldığı Bolqarıstanın "Arda" klubu UEFA Konfrans Liqasının (KL) II təsnifat mərhələsinin ilk oyununda Finlandiya HİK-ini qəbul edib.


"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, qarşılaşmada hesab açılmayıb.

 

Azərbaycanlı futbolçu start heyətində meydana çıxıb və sonadək meydanda olub. O, 47-ci dəqiqədə sarı vərəqə alıb.


Cavab oyunu iyulun 31-də Finlandiyada baş tutacaq.