Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik edib

Tarix: 22:46 24.07.2025
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “Araz-Naxçıvan”ı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan təmsilçisi “Aris” üzərindəki tarixi qələbə qazanması münasibətilə təbrik edib.
"İnformator.az" xəbər verir ki, təbrikdə qeyd olunur:
“UEFA Konfrans Liqasının ilk oyununda “Aris” üzərində 2:1 hesablı qələbə münasibətilə Araz-Naxçıvan komandasını təbrik edirəm. Göstərilən əzm və peşəkarlıq təqdirəlayiqdir. Növbəti qarşılaşmalarda da uğurlar arzulayıram”.