İsrail Baş Nazirinə sui-qəsd planı üzrə istintaq

Bölmə: Dünya › ,
Tarix: 20:43 23.07.2025

İsrail hakimiyyət orqanları Baş Nazir Benjamin Netanyahuya qarşı sui-qəsd planı ilə bağlı aparılan istintaqı tamamlayıb. Bu barədə İsrail Polisi və Şin Betin birgə bəyanatında bildirilib.

 

Bəyanata görə, i24NEWS-in yaydığı məlumatda qeyd olunur ki, istintaq ağır cinayətlər və beynəlxalq cinayətlər üzrə Milli Təhqiqat Birliyi (Yachbal) tərəfindən aparılıb. Məlumata əsasən, 70 yaşlarında, Tel-Əvivdən olan və hökumət əleyhinə etirazlarda fəal iştirak edən qadın şübhəli şəxs qismində tanınır. O, Baş Nazirə sui-qəsd etmək niyyəti ilə bağlı ifadələr verməkdə və planı həyata keçirməkdə şübhəli bilinir.

 

İstintaq zamanı məlum olub ki, şübhəli şəxs digər etirazçılarla əlaqə yaradaraq silah əldə etməyə və Netanyahu təhlükəsizlik tədbirləri haqqında məlumat toplamağa çalışıb.

 

İstintaq yekunlaşmış və iş hazırda Baş Prokurorluq tərəfindən araşdırılmaq və mümkün hüquqi tədbirlər görülmək üçün göndərilib.

 

Məhkəmə, polis orqanlarının müraciəti əsasında istintaqın detallarına dair yayımlama qadağasını ləğv edib, lakin şübhələnin adı və ünvanı onun vəkilinin tələbiylə yayımlanması qadağan olunub.

 

Müxalifətin lideri Yair Lapid sui-qəsd cəhdini sərt şəkildə qınayıb: “Baş Nazir Netanyahuya qarşı zorakılıq cəhdini qəti şəkildə pisləyirəm. Bu cür cəhd edən hər kəs qanun qarşısında cavab verməlidir".

 

Rəsmi şəxslər seçilmiş vəzifəlilərə qarşı hər hansı təhdidin ciddi şəkildə araşdırılacağını və qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılacağını vurğulayıblar.

 

ANEWZ

Gülhüseynova Güllər