Tacikistan və Çin Düşənbədə biomüxtəliflik laboratoriyası açıb

Tarix: 19:25 24.07.2025
İyulun 21-də Tacikistanın paytaxtı Düşənbədə biomüxtəlifliyin qorunması və davamlı istifadəsinə həsr olunmuş yeni birgə laboratoriyanın açılışı olub. Laboratoriya Tacikistan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Mərkəzi Asiyanın Ekologiya və Ətraf Mühit üzrə Tədqiqat Mərkəzinin bazasında yerləşir.
“Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yaradılan bu müəssisə regionda ekoloji innovasiyalar üzrə mərkəzə çevrilməyi hədəfləyir. Laboratoriyanın əsas fəaliyyəti ətraf mühitin mühafizəsi və bioloji resursların davamlı idarə olunması üzrə əsas texnologiyaların inkişaf etdirilməsi olacaq.
Açılış mərasimində çıxış edən rəsmilər laboratoriyanın yüksək səviyyəli beynəlxalq elmi-texniki əməkdaşlıq platforması kimi əhəmiyyətini vurğulayıblar. Laboratoriyanın fəaliyyətində digər Mərkəzi Asiya ölkələrindən olan mütəxəssislərin də iştirak edəcəyi, bunun isə regional dayanıqlılıq və ətraf mühitin davamlı inkişafı məqsədlərinə töhfə verəcəyi bildirilib.
ANEWZ
Gülhüseynova Güllər